Bakıda suya görə dava: Ölən var

Bakıda suya görə dava: Ölən var

Qətlə yetirilən şəxs 2 uşaq atasıdır.

Bakıda qətl törədilib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsi, Natavan küçəsi 16 ünvanında 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlu qonşusu, 1980-ci ildə anadan olmuş Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir.

Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı Elməddinin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, qonşular suya görə dava edib. Belə ki, Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərman Eminov 3, qətlə yetirilən Elməddin Əmənov isə 2 uşaq atasıdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0
20