Moskvanın yeni aeroportundan iki aviadaşıyıcı Azərbaycana uçacaq

Moskvanın yeni aeroportundan iki aviadaşıyıcı Azərbaycana uçacaq

Moskvanın yeni “Jukovski” Beynəlxalq aeroportundan iki aviadaşıyıcı müntəzəm marşrutlar üzrə Azərbaycana reyslər yerinə yetirməyə icazə alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) daşıyıcıların beynəlxalq reyslərin yerinə yetirilməsinə icazəyə dair protokolunda deyilir.

Protokolda qeyd edilir ki, “Yamal” aviaşirkəti Jukovski-Bakı və Jukovski-Gəncə marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə icazə əldə edib. Reyslər həftədə 4 dəfə həyata keçirləcək.

“VİM-Avia” şirkəti Jukovski-Gəncə marşrutu üzrə uçuşlara icazə əldə edib. Aviareys həftədə yeddi dəfə həyata keçiriləcək.

“Uralskiye avialinii” şirkətinin Çelyabinsk-Bakı, Sankt-Peterburq-Bakı, Sankt-Peterburq-Gəncə və Yekaterinburq-Lənkəran marşrutu, eləcə də Rusiya aviaşirkətinin İrkutsk-Bakı və Mineralnie vodı-Bakı marşrutu üzrə reyslər üçün çıxış aviadaşıyıcıların istəyinə görə geri alınıb.

Moskvanın dördüncü Jukovski Beynəlxalq aeroportunun açılışı mayın 30-da baş tutub. Yeni hava limanının ilkin ötürücü qabiliyyəti ildə dörd milyon sərnişin olaraq göstərilmişdi.

0
8