“Qarabağ” – “Viktoriya” oyununda türkiyəli hakimlər

“Qarabağ” – “Viktoriya” oyununda türkiyəli hakimlər

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktorya” matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də keçiriləcək qarşılaşması türkiyəli hakimlərə tapşırılıb.

Bakıda baş tutacaq görüşü Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri kömək edəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)

Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz

Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova) 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0
16