Klinton: “Rusiya təhlükəsi ilə mübarizədə NATO-nu dəstəkləməkdən fəxr edirəm"

Klinton: “Rusiya təhlükəsi ilə mübarizədə NATO-nu dəstəkləməkdən fəxr edirəm"

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton  “Rusiya təhlükəsi” ilə mübarizədə NATO-nu dəstəklədiyini bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Klinton Demokratlar Partiyasının Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı deyib.

“Mən Rusiyadan gələn təhlükə də daxil olmaqla, istənilən təhdidlə  mübarizədə NATO-dakı müttəfiqlərimizə dəstək verməkdən fəxr edirəm”, - deyə Klinton qeyd edib.   

Sabiq dövlət katibi həmçinin ABŞ-ın düşmənlərini “məğlubiyyətə uğradacağını” bəyan edib. ABŞ prezidentliyinə namizəd çıxışı zamanı  İŞİD-lə mübarizə məsələsinə də toxunub: “Biz onların mövqelərinə havadan zərbələr endirəcəyik və onları darmadağın etmək üçün yerli qüvvələri dəstəkləyəcəyik”, - deyə Klinton qeyd edib.

H.Klinton həmçinin vurğulayıb ki, prezidentliyi dövründə  iqtisadiyyat və amerikalıların təhlükəsizliyi məsələləri onun üçün əsas prioritet təşkil edəcək.  

0
15