Klinton demokratlara razılıq verdi

Klinton demokratlara razılıq verdi

O, ABŞ prezidentliyinə ilk qadın namizəd oldu.

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton noyabrın 8-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razılıq verdi.

Oxu.Az xəbər verir ki, Klinton rəsmi razılığı Amerika siyasi ənənələrinə müvafiq olaraq Filadelfiyada partiyanın qurultayında çıxış edərkən verib.

“Amerikanın gəcəyinə qəti və sarsılmaz əminliklə ABŞ prezidentliyinə namizədliyi qəbul edirəm”, - Klinton qurultay iştirakçılarının gurultulu alqışları altında deyib.

Qurultay Klintonu çərşənbə günü namizəd kimi təsdiqləyib. Onunla yanaşı, ABŞ vitse-prezidentliyinə Tim Keyn namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Klinton ABŞ prezidentliyinə ilk qadın namizəd oldu.

0
14