Ali məktəblərə ixtisas seçimi başladı

Ali məktəblərə ixtisas seçimi başladı

Bu gündən Azərbaycanın ali məktəblərinə bütün ixtisas qrupları üzrə (I-V qruplar) ixtisas seçimi başlayır.

Oxu.Az xəbər verir ki, ixtisas seçimi 29 iyul-10 avqust tarixlərində aparılacaq.

2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bu il I-IV qruplar üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib və onlardan 34385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imkanı qazanıb.

0
27