Klinton prezidentliyə namizəd olmağa razılıq verdi

Klinton prezidentliyə namizəd olmağa razılıq verdi

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıqı verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın siyasi ənənələrinə uyğun olaraq, Klinton partiyanın Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı prezidentliyə namizəd olmağa rəsmi razılıq verib.  

Qeyd edək ki, qurultay iyulun 26-da Klintonun prezidentliyə namizədliyini rəsmi olaraq təsdiqləyib.  ABŞ vitse-prezidenti postuna isə Tim Keynin namizədliyi təsdiqlənib. Hillari Klinton ABŞ tarixində prezident postuna namizədliyi irəli sürülən ilk qadındır.   

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

0
24