Rusiya Kiyevin bəyanatını blokladı

Rusiya Kiyevin bəyanatını blokladı

Rusiya nümayəndə heyəti  BMT Təhlükəsizlik Şurasında Krımın RF-in Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı Ukraynanın yeni bəyanatını bloklayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın BMT-dəki nümayəndə heyəti  “Twitter”dəki səhifəsində bildirib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin “Krım Federal Dairə”nin Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı fərman imzalayıb.

0
17