Ukraynada hərbi zavodda partlayış: 3 ölü, 2 yaralı

Ukraynada hərbi zavodda partlayış: 3 ölü, 2 yaralı

 Ukraynanın Sumskaya vilayətində “Ukroboronprom” dövlət konserninin obyektində baş vermiş partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib.

Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun  məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Məlumata görə, hadisə zamanı yeddi ədəd X-27  “yer-hava” tipli raket partlayıb.

0
19