Narkotik alverçiləri edam edildi

Narkotik alverçiləri edam edildi

İndoneziyada BMT və dünya ictimaiyyətin tənqidinə baxmayaraq  barələrində ölüm hökmü çıxarılmış 14 narkotik  alverçisindən dördü edam edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, güllələnən şəxslərdən üçü nigeriyalı, bir nəfər isə yerli sakindir.

Edam Bakı vaxtı ilə 22.00-da baş tutub.

Barələrində ölüm hökmü çıxarılmış digər 10 şəxs barədə hələlik heç bir məlumat verilmir.  Onların hamısının narkotik vasitələrlə əlaqəli cinayət işlər üzrə məhkum olunublar. 14 narkotik  alverçisindən 10-nun əcnəbi olduğu bildirilir. Onların milliyyəti barədə məlumat yoxdur.

0
16