Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlanıb

Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlanıb

Ordu generalı Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində qalacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Ali Hərbi Şurasının iclasının yekunlarına dair məlumatda bildirilir.

Həmçinin Quru Qoşunları, Hərbi-Hava Qüvvələri və Hərbi-Dəniz Qüvvələrinin baş komandanları öz vəzifələrini davam etdirəcəklər.

Bundan əlavə general Yaşar Gülər Jandarmeriya qüvvələrinin komandanı təyin olunub. Baş Qərərgahın ikinci rəisi vəzifəsi general Ümid Dündara həvalə edilib.

0
15