“Qəbələ” Fransadan sərfəli nəticə ilə dönür

“Qəbələ” Fransadan sərfəli nəticə ilə dönür

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qəbələ” klubu səfərdə Fransanın “Lill” komandasının qonağı olub.

“Metropol” stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qarşılaşmada hesabı 13-cü dəqiqədə Roman Qriqorçukun yetirmələri açıblar. Vitali Vernidub fərqlənib.

“Lill” 47-ci dəqiqədə Rayan Mendeşin baş zərbəsindən sonra hesabda bərabərlik yarada bilib. Oyun elə bu hesabla da başa çatıb.

Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

0
17