Norveç Finlandiyaya dağ zirvəsi hədiyyə edir

Norveç Finlandiyaya dağ zirvəsi hədiyyə edir

Norveçin baş naziri Erne Solberqə Finlandiyanın müstəqilliyinin 100 illiyi münasibətilə qonşu dövlətə Halti dağının zirvəsini hədiyyə etməyi təklif olunub.

Oxu.Az The Independent nəşrinə istinadən xəbər verir ki, hazırda Norveç höküməti Koford bələdiyyəsinin təklifini nəzərdən keçirir.

Əgər təklifə müsbət cavab gələrsə, bu zaman Halti dağı Finlandiyanın yeni ən yüksək zirvəsi olacaq.

Qeyd edək ki, Halti dağı Finlandiyanın Norveç ilə sərhəd Laplandiya vilayətində yerləşir.

Dağın ən yüksək zirvəsi Norveçin ərazisinə düşür - 1365 metr, onun yamacında isə Finlandiyanın ən yüksək nöqtəsi yerləşir - dəniz səviyyəsindən 1324 metr yüksəklikdə.

0
16