Avropa Komissiyası Ankaraya 1,4 milyard ayırdı

Avropa Komissiyası Ankaraya 1,4 milyard ayırdı

“Vəsait təhsilə, yaşayış, sosial infrastruktura, sosial-iqtisadi yardıma sərf ediləcək”.

Avropa Komissiyası Türkiyədə suriyalı qaçqınlara dəstək məqsədilə 1,4 milyard avro ayırıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Avropa Komissiyasının mətbuat katibi Mina Andreyeva bildirib.

“Vəsait təhsilə, yaşayış, sosial infrastruktura, sosial-iqtisadi yardıma sərf ediləcək”, - agentlik onun sözlərindən sitat gətirib.

Andreyevanın sözlərinə görə, bu Brüsselin Avropa İttifaqı ilə Türkiyə arasında sazişi çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üzrə növbəti addımdır.

RİA Novosti qeyd edir ki, artıq Türkiyəyə 740 milyon avro ayrılmışdı, beləliklə də köçürülən vəsaitlərin həcmi 2,14 milyard avrodan ibarət olacaq.

0
8