Arif Quliyevin xanımı ağır xəstəliyə tutulub

Arif Quliyevin xanımı ağır xəstəliyə tutulub

Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın kulis.az-a istinadən xəbərinə görə, bu haqda aktyor özü məlumat verib.

O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub:

“Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər”.

Arif Quliyev xanımının müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib:

“Amma bu, mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə”.

A.S.

0
5