Corc Kluni ata olacaq

Corc Kluni ata olacaq

Toydan iki il sonra Amal və Corc Kluni ilk övladlarının yolunu gözləyirlər.

Oxu.Az bu barədə “The National Enquirer”a istinadən xəbər verir.

Hazırda Amal hamiləliyinin üçüncü ayındadır.

Məlumatı yayan mənbə qeyd edir ki, Amal və Corc valideyn olacaqlarına görə çox sevinirlər, amma bu xəbərin daha geniş yayılmasını istəmirlər. Kluni ailəsi, nə də onların nümayəndələri bu xəbəri şərh etməyiblər.

Aytən Sadıqzadə

0
8