Ərdoğan zenit topu ilə mühafizə olunacaq – FOTO

Ərdoğan zenit topu ilə mühafizə olunacaq – FOTO

Bu sistem helikopter, təyyarə, pilotsuz uçuş aparatı və aşağı məsafədən uçan raketlərə qarşı tətbiq olunur.

Türkiyə Prezident Administrasiyası yerli hava hucumundan müdafiə sistemi vasitəsilə qorunacaq.

Oxu.Az “Haberturk”ə istinadən xəbər verir ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı helikopterlərdən atəşə tutulan binaya “Qorqud” zenit topu quraşdırılacaq.

Qeyd edək ki, “Qorqud” Türkiyənin “ASELSAN” şirkətinin “FNSS ZMA-30” tırtırlı nəqliyyat platforması üzərində hazırladığı 35 mm çaplı 2 lüləli zenit topudur.

Helikopter, təyyarə, pilotsuz uçuş aparatı və aşağı məsafədən uçan raketlərə qarşı tətbiq olunan “Qorqud” 3 ölçülü radara, İFF sisteminə, qabaqcıl silah seçimi alqoritmlərinə, avtomatik sursat ötürmə sisteminə, radarlarla yanaşı, elektrooptik sistemlərə və müasir atış-kontrol sisteminə sahibdir.

0
7