Müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi

Müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi

Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə azvision.az-a daxil olan məlumatı Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova təsdiqləyib.

Onun sözlərinə görə, ana körpəsindən imtina etməsi ilə bağlı ərizə yazıb.

“Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. O, körpənin atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı körpələr evinə yerləşdirdik”, - deyə şöbə müdiri vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini, azyaşlı qız müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirmişdi.

0
9