Daha bir şəxs "SOCAR Türkiye"nin rəhbərliyindən uzaqlaşdırıldı

Daha bir şəxs "SOCAR Türkiye"nin rəhbərliyindən uzaqlaşdırıldı

"SOCAR Türkiye" şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.

"APA-Economics" xəbər verir ki, şirkətin baş direktorunun satınalma üzrə müavini natiq Dəmirov işdən çıxarılıb.

Qeyd edək ki, bundan öncə şirkətin baş icraçı direktoru Saadettin Korkut istefa verib. Ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri Anar Məmmədov (fotoda) əvəzləyib. Yeri gəlmişkən, artıq A. Məmmədov kollektivə təqdim olunub.

0
9