Roma papası huşunu itirdi

Roma papası huşunu itirdi

Roma papası Fransisk Polşada dini ayinin icrası zamanı huşunu itirərək yıxılıb.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Papa yıxıldıqdan sonra ətrafdakı din xadimləri onun köməyinə yetişiblər. Bundan sonra papa nitq söyləyib.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Roma papası iyulun 26-31 tarixlərində Krakovda keçiriləcək “Ümumdünya gənclər günü” ilə bağlı Polşaya səfər edib. 79 yaşlı Fransisk 2013-cü ilin martından katolik kilsənin rəhbəridir.

0
4