“Sıla” serialının məşhur aktyoru Türkiyəni tərk etdi

“Sıla” serialının məşhur aktyoru Türkiyəni tərk etdi

Aktyor Mehmet Akif Alakurt sənətdən uzaqlaşaraq Türkiyəni tərk edib.

Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Braziliyaya köçən və orada ferma alan aktyor bunları deyib:

“Məndən işimi soruşmayın. Yeni layihə, serial, film yoxdur. Aktyorluq sənətini tərk etdim. Oynadığım obrazlar mənim üçün sənətlə birlikdə ekranda qaldı”.

Aktyor Kuzey Vargının qızı Tuğçe Vargı ilə sevgi münasibətlərinə nöqtə qoyan Mehmet Akif Alakurt sonuncu dəfə “Fatih” serialı ilə tamaşaçı qarşısına çıxıb.

Ona populyarlıq gətirən serial isə aktrisa Cansu Dere ilə baş rolunu paylaşdığı “Sıla” serialı olub.

Aytən Sadıqzadə

0
7