Mövlud Çavuşoğlu Azərbaycanı nümunə göstərdi

Mövlud Çavuşoğlu Azərbaycanı nümunə göstərdi

“Azərbaycan Fətullahçı terror təşkilatı (FETÖ) tərəfdarları ilə mübarizəyə böyük töhfə verib”.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Fətullahçı terror təşkilatı ilə mübarizədə Azərbaycanın dəstəyi Türkiyəyə qardaş olan digər ölkələr üçün nümunə olmalıdır.

Türkiyə XİN-də Fətullahçı terror təşkilatının tərəfdarları ilə mübarizədən danışan M.Çavuşoğlu qeyd edib ki, iki səfir artıq tutduğu postdan azad edilib.

0
25