Türkiyədə Yüksək Hərbi Şura toplandı

Türkiyədə Yüksək Hərbi Şura toplandı

Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə Çankaya köşkündə Yüksək Hərbi Şuranın toplantısı başlayıb. Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, əvvəllər Baş Qərargahda keçirilən Yüksək Hərbi Şura ilk dəfə qərargah xaricində keçirilir.

Toplantı salonunu əvvəlki illərdən fərqli olaraq əsgərlər deyil, Baş nazirin mülki mühafizəçiləri qoruyur.

İclasın əsas mövzusu hərbi çevrilişə cəhd və hərbi strukturlarda islahatlardır. Çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrindən xaric edilən yüksək rütbəli hərbçilərin yerinə yeni təyinatların olacağı da gözlənilir.

Toplantıdan yayılan şəkillərdəki dosye qovluqları isə diqqəti daha çox cəlb edib. Bu, toplantının nə qədər gərgin keçəcəyini bir daha göstərir.

Belə ki, Milli Müdafiə naziri Fikri İşık toplantıya qalın bir qovluqla, Baş Qərargah rəisi Hulusi Akar isə 4 böyük dosye qovluğu ilə qatılıb.

0
15