Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Şimal-qərb küləyi əsəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu olacaq.

Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü ilə yanaşı, yay mövsümü üçün komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
41