Səidə Sultandan Niyam Salamiyə: "Bir şans ver" - FOTOLAR

Səidə Sultandan Niyam Salamiyə: "Bir şans ver" - FOTOLAR

Müğənni Niyam Salami həmkarı Səidə Sultanla birgə ifa etdiyi “Bir şans ver” adlı bəstəyə klip çəkdirir. Bu barədə Lent.az-a N.Salaminin özü məlumat verib. O bildirib ki, çəkilişlər paytaxtda baş tutub: “Səidə mənim bu sənətdə yeganə dostumdur. Səidə hər zaman sadiq və mərd olub. İstədim ki, onunla oxuduğum “Bir şans ver” adlı mahnını layihə kimi təqdim edək. Məhz buna görə də mahnını ekranlaşdırmağı qərara aldıq. Klipin rejissorluq işini Rüfət Şabanov həyata keçirəcək. Düşünürəm ki, fərqli bir işlə sevənlərimizin qarşısına çıxacağıq”.

0
55