MSK-nın ekspert qrupunun tərkibi açıqlanıb – SİYAHI

MSK-nın ekspert qrupunun tərkibi açıqlanıb – SİYAHI

Komissiyanın bu qərarı bu gündən qüvvəyə minib.

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.

Mərkəzi Seçki Komissiyasından Oxu.Az-a verilən məlumata görə, komissiyanın bu qərarı bu gündən qüvvəyə minib.

Ekspert qrupuna bu şəxslər daxildir:

Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham Məmmədov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);
Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).

MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

0
21