Azərbaycanlı musiqiçilər “Musica Mundi” festivalında – FOTO

Azərbaycanlı musiqiçilər “Musica Mundi” festivalında – FOTO

Xəbər verdiyimiz kimi, Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqisi festivalında iştirak edən Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri ölkəmizi təmsil edirlər.

İdarədən Oxu.Az-a verilən xəbərə görə, festival çərçivəsində “Musica Mundi”nin bədii rəhbəri, skripkaçı Maksim Venqerovun konsertindən sonra təmsilçilərimiz İrvi Qitlis, Leonid və Xaqit Kerbellər, Aleksandr Qavrilyuk kimi dünya şöhrətli musiqiçilərin ustad dərslərində iştirak ediblər.

Həmçinin, iyulun 24-də gənc musiqiçilər “Chateau du Lac”da baş tutmuş konsertdə festival proqramına daxil olan əsərləri ifa ediblər.

Festival iyulun 31-nə kimi davam edəcək. “Musica Mundi”nin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan 10-18 yaşlı gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.

Aytən Sadıqzadə

0
10