İsinbayeva Putin ilə görüşdə ağladı – VİDEO

İsinbayeva Putin ilə görüşdə ağladı – VİDEO

“Bu Olimpiada kimin üçün isə ilk, kimin üçün isə son olimpiada oldu”.

Şüvül ilə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayeva Rusiya prezidenti Vladimir Putin ilə görüşdə göz yaşlarını saxlaya bilməyib.

Oxu.Az xəbər verir ki, görüşün videosunu RT yayımlayıb.

Daha öncə xüsusi icazə almış uzunluğa tullanma üzrə idmançı Darya Klişinadan başqa, Rusiya yüngül atletləri Rio-de-Janeyroda keçiriləcək “Olimpiada-2016”-dan kənarlaşdırılmışdılar.

“Bizi sübutsuz, kobudcasına kənarlaşdırdılar və özümüzə bəraət qazanmaq üçün şans vermədilər”, - Kremldə görüş zamanı idmançı danışıb.

“Bu olimpiada kimin üçün ilk, kimin üçün isə son olimpiada idi <…> Biz əzmlə çalışırdıq və praktiki olaraq finiş xəttinə çıxmışdıq, bu arzumuzu əlimizdən aldılar”, - İsinbayeva əlavə edib.

Oyunlardan kənarlaşdırılmış atletlər “daha az məsuliyyətli idmançıların” səhvlərinə görə cavab verdiklərini qeyd edən idmançı, dünya idman məmurlarının özbaşnalığı və qanuna uymamalarından danışıb.

0
17