Türkiyənin “Petkim” şirkətinin baş direktoru saxlanılıb

Türkiyənin “Petkim” şirkətinin baş direktoru saxlanılıb

“Petkim Petrokimya Holding A. Ş.” neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.

Oxu.Az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb, onlar Fətullah Gülənlə əlaqədə ittiham edilir.

İyulun 15-də Türkiyə hakimiyyəti hərbi çevriliş cəhdi barədə bəyanat verib. Hərbçilər hakimiyyətin onların əlinə keçdiyini deyib. Türkiyə hakimiyyəti qiyamın yatırıdığını bildirib.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, hərbi çevrilişə cəhd zamanı ölkədə qiyam iştirakçıları istisna olmaqla 246 adam ölüb, iki mindən çox adam yaralanıb.

Türkiyə prezidenti iyulun 20-də ölkədə üç ay müddətinə fövqəladə vəziyyət elan edib.

0
5