Bağdadda qaçqın düşərgəsi atəşə tutuldu: 4 uşaq öldü

Bağdadda qaçqın düşərgəsi atəşə tutuldu: 4 uşaq öldü

İraqın paytaxtı Bağdadda qaçqınların müvəqqəti yerləşdirildiyi düşərgə minaatanlardan atəşə tutulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə  4-ü uşaq olmaqla 6 nəfər ölüb.

Bildirilir ki, düşərgəyə 3 mərmi düşüb.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

0
9