Türkiyədə 16 telekanal və 45 qəzet bağlanıb

Türkiyədə 16 telekanal və 45 qəzet bağlanıb

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal və 29 nəşriyyat bağlanıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Milliyet” qəzeti xəbər verib.

Bağlanılan televiziya kanalları: Barış TV, Bu gün TV, Can Erzincan TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, Kanaltürk, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, Samanyolu TV, SRT TV, Tuna Shopping TV, Yumurcak TV.

Fəaliyyəti dayandırılan qəzetlərin arasında Tərəf Zaman, Azad Düşüncə, Bu gün, Millət, meydan, Today s Zaman, Sabaha Baxış və Yeni Hayat-in adları var.

Cihan Xəbər Agentliyi, Müxbir Xəbər Agentliyi və SEM Xəbər Agentliyi bağlanan informasiya agentlikləri sırasındadırlar.

0
21