Tramp: “Putin Obamaya heç hörmət etmir”

Tramp: “Putin Obamaya heç hörmət etmir”

Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obamaya hörmət etmir.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib.

“Putin Obamaya heç hörmət etmir. Əvvəla, Obama onun xoşuna gəlmir, ikincisi isə Putin Obamaya tamamilə hörmət etmir. Düşünürəm ki, seçildiyim halda Putin mənə hörmətlə yanaşacaq. Ümidvaram ki, onun xoşuna gəlirəm”, deyə D.Tramp bildirib.

D.Tramp həmçinin bir sıra ABŞ KİV-lərinin onun Rusiyada biznesinin olduğu barədə məlumatı təkzib edib: “Dəfələrlə demişəm, indidə təkrarlayıram - məni Rusiya ilə heç nə bağlamır”.

0
16