Məşhur serial bikinili səhnəyə görə cəzalandı

Məşhur serial bikinili səhnəyə görə cəzalandı

Baş rollarda Özge Özpirinçci və Buğra Gülsoyun oynadığı “Aşk Yeniden” serialı bikinili qadınların olduğu yuxuya görə cəzaya məruz qaldı.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Radio və Televiziya Üst Qurumu (RTÜK) serialdakı yuxu səhnəsini “uşaqlar və gənclərə pis nümunə olur, əxlaqlarını pozur” kimi dəyərləndirib.

Serialın uşaq və gənclərin ekran qarşısında daha çox olduğu vaxtda yayımlandığını vurğulayan RTÜK, bunun onların gələcəyinə mənfi təsir etdiyi üçün cəza verildiyini açıqlayıb.

Qurumdan bildirilib ki, son zamanlar seriallarda bəzi səhnələrin çəkilməsi zamanı “sərhədləri aşırlar”.

0
11