Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti ABŞ-ın yanacaq ehtiyyatlarının artması barədə məlumatlar fonunda kəskin ucuzlaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,89 dollar (1,98%) azalaraq bir barelə görə 43,98 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,73 dollar (1,70%) ucuzlaşaraq 42,19 dollar təşkil edib.

ABŞ-ın Energetika nazirliyinin məlumatında bildirilir ki, ölkənin neft ehtiyyatları ötən həftə 1,67 mln. barel, benzin ehtiyyatları isə 452 min barel çoxalıb.

0
15