Hülya Avşar Kılıçdaroğlunu bağışladı

Hülya Avşar Kılıçdaroğlunu bağışladı

Türkiyəli müğənni Hülya Avşar CHP lideri Kamal Kılıçdaroğlunu bağışlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP liderinə təhqirdən dolayı 100 min lirəlik mənəvi təzminat davası açan sənətçi şikayətindən vaz keçib.

O, bu barədə sosial şəbəkədə yazıb: “Yetər ki, birlik, bərabərlik olsun. Mən də Kılıçdaroğluna qarşı açdığım davadan imtina edirəm. Kılıçdaroğlu və digər partiyaların liderlərinə birlik və bərabərlik üçün təşəkkür edirəm”.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Baxçalı ilə görüşmüşdü.

0
9