“Qarabağ”ın cavab oyununun başlama saatı məlum oldu

“Qarabağ”ın cavab oyununun başlama saatı məlum oldu

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” cavab oyununun başlama saatı müəyyənləşib.

Oxu.Az “Qarabağ” klubunun saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma avqustun 2-i, saat 20:30-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında Çexiyanın Plzen şəhərində keçirilən ilk matç 0:0 hesabı ilə başa çatıb.

0
15