TANAP-ın bir hissəsini Malayziya şirkəti tikəcək

TANAP-ın bir hissəsini Malayziya şirkəti tikəcək

TANAP konsorsiumu Malayziyanın “Sapura Kencana” şirkəti ilə müqavilə imzalayıb.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Malayziya şirkəti TANAP layihəsinin Çanaqqala boğazından keçən 18 km uzunluğunda olan hissəsində tikinti işlərini həyata keçirəcək. Şirkət bununla bağlı keçirilən müvafiq tenderin qalibi olub.

Qeyd edək ki, TANAP-ın tikintisinə 2015-ci ildə başlanılıb. İllik 16 mlrd. kubmetr Azərbaycan təbii qazını Türkiyəyə çatdıracaq kəmərin uzunluğu 1800 km təşkil edəcək.

TANAP-da şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

0
15