Şirvandakı partlayışda yaralananların daha ikisi evə buraxıldı

Şirvandakı partlayışda yaralananların daha ikisi evə buraxıldı

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb.

Nazirlikdən Oxu.Az-averilən məlumata görə, xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Xatırladaq ki, ötən gün saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.

Zavodun iki əməkdaşı - Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyasını dəyişib.

0
11