Aİ İspaniya və Portuqaliyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Aİ İspaniya və Portuqaliyaya qarşı sanksiyalar tətbiq etməyəcək

İspaniya və Portuqaliya büdcə çatışmazlığının ixtisarına dair səmərəli addımlar atmayıblar.

Avropa Komissiyası büdcə pozuntularına görə, İspaniya və Portuqaliyaya qarşı sanksiyaları tətbiq etməmək qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə öz mənbələrinə istiandən “El Pais” qəzeti məlumat yayıb.

İyulun əvvəlində Avropa İtifaqı ölkələrinin maliyyə nazirləri Aİ-nin müəyyən etdiyi vaxt ərzində büdcə çatışmazlığını azalda bilmədiyi üçün İspaniya və Portuqaliyaya qarşı sanksiyaların tətbiq edilməsi barədə razılığa gəlmişdilər.

Maliyyə nazirlərinin Şurası aşkar edib ki, İspaniya və Portuqaliya Aİ-nin müəyyən etdiyi vaxt ərzində verilən tövsiyələr üzrə büdcə çatışmazlığının ixtisarına dair səmərəli addımlar atmayıblar.

0
7