Mutko Braziliyada Olimpiya oyunlarına getməyəcək

Mutko Braziliyada Olimpiya oyunlarına getməyəcək

RF idman naziri Vitali Mutko Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-ya getməyəcəyini bildirib.

Oxu.Az Life-a istinadən xəbər verir ki, bu barədə nazir Rusiya yığmasının yola salınma mərasimində azarkeşlərə deyib.

Xatırladaq ki, iyulun 24-də Beynəlxalq Olimpiya Komitəsinin icar komitəsi Rusiya yığmasını Oyunlardan kənarlaşdırmamaq barədə qərar qəbul edib. Rusiyalıların yarışlarda iştirakı haqqında qərarı idman növləri üzrə beynəlxalq idman federasiyaları qəbul edəcək.

0
9