Xalq artisti: "İnsanlar kredit ödəyir, toya çağırmırlar"

Xalq artisti: "İnsanlar kredit ödəyir, toya çağırmırlar"

“İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Məcbur olub, toya ucuz qiymətə gedirəm”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Səməd Səmədov “Hər şey daxil” verilişində deyib: “Toy olmayan kimi bütün restoran işçiləri mənə yığır ki, sizdə vəziyyət necədir. İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Mən toya baha getmirəm. Millətin vəziyyətinə baxıb, onla ayaqlaşıram. Müştəriyə 4 min qiymət deyirəm. Deyirlər, 3 min 200 manatım var, 2 minə imkanım var. Mən razılaşıram. Evdə oturmaqla nə olacaq? Mənə pul qalmasa da, işçilər evinə çörək apara bilir”.

S.Səmədov daha sonra prodüseri Rövşən Cəfərovla işbirliyindən danışıb: “Artıq 30 ilə yaxındır ki, bu sənətdəyəm. Prodüser Rövşənlə 5 ilə yaxındır ki, işləyirəm. Onun ayağı mənə düşərli oldu. Birgə çalışdığımız vaxt mən xalq artisti fəxri adına layiq görüldüm. Onun sayəsində repertuarım dəyişdi, daha da müasirləşdi. Mən əvvəllər daha çox toy mahnıları oxuyurdum. Amma Rövşənlə işləyəndən daha səviyyəli mahnılar oxumağa başlamışam. Minnətdaram ki, yanımdadır. Bundan başqa, onunla ailəvi dostuq”.

0
17