Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır – FOTO

Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır – FOTO

İyulun 30-dan avqustun 5-dək Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək. Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, hazırda VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi ərazidə ciddi hazırlıq işləri görülür.

Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılır.

Qeyd edək ki, proqrama uyğun olaraq festivalın açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi də keçiriləcək.

Aytən Sadıqzadə

0
149