Sabahdan hepatit müayinəsi pulsuz olacaq

Sabahdan hepatit müayinəsi pulsuz olacaq

Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən keçiriləcək.

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hepatit müayinələri keçiriləcək.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.

RMDM-də üç gün davam edəcək müayinələrdə sağlamlığını düşünən hər bir kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən keçiriləcək.

Qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

0
14