Azərbaycanda bir gün ərzində 150 yeraltı təkan qeydə alınıb

Azərbaycanda bir gün ərzində 150 yeraltı təkan qeydə alınıb

AMEA ölkədəki seysmik durumu açıqlayıb.

“Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”.

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O xatırladıb ki, bir neçə gün öncə Şamaxı rayonunda Pirqulu yaxınlığında aktivlik olub:

“Həmin ərazidə hiss olunmayan çoxlu sayda zəif təkanlar baş verdi. Pirqulu yaxınlığında bir gün ərzində 150-yə kimi xırda təkanlar qeydə alınıb. Həmin sahədə enerji boşalması getdi. Hazırda təkanların sayı tamam azalıb. Ərazidə iyulun 24-ü, gün ərzində təkan qeydə alınmayıb. Sonrakı iki gündə isə 2-3 dənə xırda hiss olunmayan təkanlar olub”.

Q.Yetirmişli həmçinin qeyd edib ki, Azərbaycanın digər ərazilərində də hiss olunmayan təkanlar olur: “Amma bununla bağlı narahatçılığa ehtiyac yoxdur”.

0
10