Fizioterapevt: Kondisioner havası sinir sisteminə mənfi təsir göstərir

Fizioterapevt: Kondisioner havası sinir sisteminə mənfi təsir göstərir

“İsti havalarda əhali tərəfindən geniş istifadə edilən kondisioner insan orqanizmində daha çox sinir sisteminə mənfi təsir göstərir”.

Oxu.Az xəbər verir ki, bunu Report-a fizioterapevt Zaur Əliyev deyib.

O bildirib ki, sinirlər soyuğu sevmədiyindən, daha çox da onlarda əzilmələr və sıxılmalar olduqda kondisioner havasından zərər görür:

“Kondisionerin ən böyük mənfi təsiri orqanizmdə xüsusilə əzilən sinirə yönəlir. Bundan başqa, kondisioner havası tənəffüs sistemində də iltihablaşmalara gətirib çıxara bilər”.

Fizioterapevt onu da bildirib ki, kondisoner havanı normal tənzimlənməlidir. Belə ki, əgər çöldə havanın temperaturu yüksəkdirsə, otaqda havanı çox soyutmaq yolverilməzdir:

“Əgər açıq havada temperatur 38-39 dərəcədirsə, otağın havasını 20-22 dərəcədə saxlamaq olar. Bundan aşağı temperatur sinir sisteminə, eləcə də digər orqanlara mənfi təsir göstərə bilər. Temperatur göstərilən səviyyədən aşağı qoyularsa, çölə çıxdıqda da insan orqanizminə fəsadlar verə bilər”.

Həkimin sözlərinə görə, kondisionerin filtirasiya sistemləri vaxtında təmizlənməlidir. Filtirasiya sistemi yaxşı işləməyən cihaz otaqda olan havanın keyfiyyətini aşağı salaraq daha çox da astma, tənəffüs yolları problemi olan insanlara mənfi təsir göstərir.

A.S.

0
9