Bakıda subasma halları artıb

Bakıda subasma halları artıb

Qrunt suların səviyyəsinin artığı ərazilərdən biri Sabunçu rayonunda yerləşir.

Bu ay Bakının bir neçə yerində qrunt sularının səviyyəsi qalxıb.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.

Rafiq Həsənovun sözlərinə görə, Bakının bir neçə yerində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesi baş verib.

Dəstə rəisi qeyd edib ki, Sabunçu rayonunda Maştağa-Zabrat və Şuşa şəhərciyində iyul ayı ərzində qrunt sularının səviyyəsi qalxıb və subasma qeydə alınıb.

0
10