I-IV qruplar üzrə abituriyentlərin yarıdan çoxu 0-200 bal toplayıb

I-IV qruplar üzrə abituriyentlərin yarıdan çoxu 0-200 bal toplayıb

Bu il Azərbaycanda I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərərək müsabiqədən keçə bilməyən abituriyentlərin sayı açıqlanıb.

Oxu.Az xəbər verir ki, APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, bu il hər dörd qrup üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib və onlardan 34385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.

44160 nəfəri isə 0-200 bal arası nəticə göstərərək imtahandan kəsilib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56%-dən çoxunu təşkil edir.

Cari il I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.

İmtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb.

Bu il II ixtisas qrupunda 22135 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 10621 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 3950-si 200-300 bal, 2757-si 300-400, 1984-ü 400-500, 1274-ü 500-600, 656-sı isə 600-700 bal arası nəticə göstərib.

İmtahan verən 11514 abituriyent 0-200 bal arası nəticə göstərərək müsabiqə şərtlərini ödəyə bilməyib.

III ixtisas qrupunda 19673 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 9535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 3065-i 200-300, 2513-ü 300-400, 1992-si 400-500, 1358-i 500-600, 607-si isə 600-700 bal arası nəticə göstərib.

İmtahan verən 10138 abituriyent isə 0-200 bal arası nəticə göstərərək müsabiqə şərtlərini ödəyə bilməyib.

IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib.

Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.işi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

0
14