Türkiyədə təcavüz cinayətlərinə görə ŞOK CƏZA

Türkiyədə təcavüz cinayətlərinə görə ŞOK CƏZA

Seksual xarakterli cinayət törədənlər bu müalicədən yayındıqda əlavə məsuliyyətə cəlb ediləcəklər.

Türkiyədə zorlama cinayəti üzrə məhkum olunanlar kimyəvi kastrasiyaya məruz qalacaqlar.

Oxu.Az-ın Kulis.az-a istinadən verdiyi məlumata görə, bu barədə xəbər Türkiyənin rəsmi qəzetində çap olunub.

Qanuna edilən dəyişikliyə əsasən, seksual xarakterli cinayət törədənlər məhkəmə qərarı ilə azadlıqdan məhrum edildikləri və ya şərti azadlığa buraxıldıqları zaman məcburi qaydada cinsi istəyi azaldan tibbi müalicə üsulundan yararlanacaqlar.

Bu müalicələr cinayətkarların cinsi istəyinin azaldılmasına səbəb olur və ya cinsi istəyi tamamilə məhv edir.

Seksual xarakterli cinayət törədənlər bu müalicədən yayındıqda əlavə məsuliyyətə cəlb ediləcəklər.

0
18