Azərbaycanla Ukrayna arasında avtomobil daşımaları müzakirə olundu

Azərbaycanla Ukrayna arasında avtomobil daşımaları müzakirə olundu

İclasda müvafiq protokol imzalanıb.

26-27 iyulda Ukraynanın Kiyev şəhərində Azərbaycan ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Ukrayna-Azərbaycan Birgə Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Oxu.Az-a bildirilib.

Azərbaycan nümayəndə heyətinə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Ukraynanın nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Yol və Avtomobil daşımalarının strateji inkişafı Departamentinin direktoru Dmitri Lamskoy rəhbərlik edib.

İclasda Azərbaycan ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər, onların həlli yolları, daşımaların inkişafı perspektivləri, aktual məsələlər müzakirə edilib və müvafiq protokol imzalanıb.

0
22