Amerikalı ulduzlar Klintona dəstək oldular – VİDEO

Amerikalı ulduzlar Klintona dəstək oldular – VİDEO

Şou-biznes ulduzları Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintona dəstək üçün mahnı ifa ediblər.

Oxu.Az xəbər verir ki, layihədə 35 nəfər iştirak edib – onlar Reyçl Plattenin “Fight Song” (“Mübarizə nəğməsi”) kompozisiyasını ifa ediblər.

“YouTube”da yerləşdirilən videoçarxda Yeva Lonqoriya, Elizabet Benks, Mendi Mur, Ceyn Fonda, Meri Makkormak, Coş Lukas, Amerika Ferrera, eləcə də müğənnilər Sia, İdina Menzel, Ellen Qrin, teleaparıcı və məzhəkəçi Ayşa Tayler və s. iştirak ediblər.

İyulun 27-də sabiq amerikalı dövlət katibi Hillari Klinton rəsmi olaraq Demokratlar partiyasının ABŞ prezidentliyinə namizədi olub. Müvafiq qərar partiyanın ümummilli qurultayı zamanı qəbul edilib. ABŞ prezidentinin seçkiləri noyabrın 8-də keçiriləcək. Klinton prezident kürsüsü uğrunda respublikaçıların nümayəndəsi Donald Tramp ilə mübarizə aparacaq.

0
15